12 Oktyabr 2017 07:10
316
Təhsil
A- A+

Azərbaycan ilə Fransa arasında elm və təhsil əlaqələri genişlənir

Xəzər Universitetinin və “Dünya” məktəbinin nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisə səfər edib. Məqsəd Paris Sorbonna Universiteti və şəhərin tanınmış orta məktəbləri ilə əlaqələr qurmaqdır.

Nümayəndə heyəti Paris Sorbonna Universitetinin prezidenti, professor Jobert Barthelemi ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə toxunulub, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra nümayəndə heyətinin üzvləri Paris Sorbonna Universitetinin kampusunda olublar. Onlara bu ali məktəbin tarixi və bu günü haqqında ətraflı məlumat verilib.

“Luis Les Grand” məktəbində keçirilən görüşdə direktor Jean Bastinelli Fransanın görkəmli şəxslərinin, eləcə də ölkə prezidentlərinin məzun olduqları bu məktəbin şanlı keçmişi, ənənələri və kampusu barədə məlumat verib.

“Dünya” məktəbi və “Luis Les Grand” məktəbi əməkdaşlıq etməyə razılaşıblar.

Azərbaycanın Fransadakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xəzər Universiteti və “Dünya” məktəbinin təqdimatı keçirilib. Universitetin fəaliyyətini əks etdirən foto-qalereya, bu ali məktəbin nəşriyyatının əsərlərindən (kitablar, lüğətlər, jurnallar və s.) ibarət sərgi nümayiş olunub .

Azərbaycanın Fransadakı səfirinin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Nümayəndə heyəti Panteon Sorbonna 1 Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mariya Qravari-Barbasın başçılıq etdiyi heyətlə görüşüb. İki universitet arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəzər Universiteti nümayəndə heyətinin Parisin məşhur “Viktor Hüqo” məktəbində və YUNESKO Assosiativ Məktəblər şəbəkəsinin müdiriyyəti ilə də görüşləri nəzərdə tutulur.

Nümayəndə heyətinin Parisə səfəri Azərbaycan ilə Fransa arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə xidmət edir.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video