Alternative content

18:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vladimir Andreyçenko: Azərbaycan Belarus üçün etibarlı dost və tərəfdaşdır
Vladimir Andreyçenko: Azərbaycan Belarus üçün etibarlı dost və tərəfdaşdır
ANA SƏHİFƏ / PARLAMENT
08:10 11.10.2017

 

Azərbaycan və Belarus parlamentariləri beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyası çərçivəsində sıx əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlarda müzakirə olunan bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Azərbaycan Belarus üçün etibarlı dost və tərəfdaşdır.

Bu fikirləri Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Milli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, Belarus ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu ilə fəal əməkdaşlıq etmək niyyətindədir. Yayda ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyası zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən yaradılan bu qrup iqtisadi və siyasi cəhətdən vacib layihədir. Belarus nümayəndə heyəti ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək konfransında iştirak etmək niyyətindədir.

Ölkələrimiz arasında bütün sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayan Vladimir Andreyçenko bildirib ki, ticari-iqtisadi və investisiya sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir. Hər iki ölkənin parlamentariləri bu sahədə fəallıq göstərməlidirlər.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. Hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qrupları arasında əlaqələr genişləndirilməlidir.

Spiker vurğulayıb ki, Azərbaycan və Belarus arasında siyasi münasibətlər ən yüksək səviyyədədir, iqtisadi-ticarət əlaqələri günbəgün inkişaf edir. İqtisadiyyatın digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar var.

Sədr ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib. Oqtay Əsədov hər iki ölkənin parlamentlərinin tərkibində elm fondunun yaradılmasının vacibliyini də qeyd edib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, maşınqayırma, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və digərləri iştirak ediblər.

 

AZƏRTAC