Alternative content

09:43 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarusa səfəri başlayıb
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarusa səfəri başlayıb
ANA SƏHİFƏ / PARLAMENT
09:10 11.10.2017

Oktyabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Belarus Respublikasına səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Milli Məclis sədrinin Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və parlamentin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri keçiriləcək.

Azərbaycan nümayəndə heyəti daha sonra Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edəcək, Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olacaq.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildirlər.

Səfər oktyabrın 13-də başa çatacaq.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM