09 Oktyabr 2017 09:10
515
PARLAMENT
A- A+

Milli Məclisin nümayəndə heyəti Belarus Respublikasında və Sankt-Peterburqda səfərdə olacaq

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub.

Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.

 

X X X

 

Oktyabrın 13-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

MDB PA-nın Şura iclasında cari məsələlərlə yanaşı, “Birliyin uşaqları” adlı Beynəlxalq Forumun nəticələri, Qazaxıstan parlamentinə seçkilərin və Qırğızıstanda prezident seçkilərinin müşahidə edilməsi barədə məsələlərə baxılacaq, növbəti il üçün təşkilatın fəaliyyət planı müzakirə olunacaq.

Səfər çərçivəsində nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın növbəti Assambleyasının açılış mərasiminə qatılacaq. Assambleyada “Etiqadlar və etniklərarası dialoq vasitəsi ilə mədəni plüralizmi və sülhü təşviq etmək” mövzusunda ümumi müzakirələr keçiriləcək.

Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bölüşəcək, qaldırılan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Burada Milli Məclis sədrinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 16-da başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video