Alternative content

22:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / Fərmanlar
12:10 08.10.2017

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 22-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 “22. Nazirliyin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən, müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Elmi-Tibbi Şura və Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və Farmakopeya Ekspert Şurası yaradılır. Həmin şuraların əsasnamələrini nazir təsdiq edir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2017-ci il