Alternative content

21:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir qrup müəllim və şagird Cocuq Mərcanlıya səfər edib
Bir qrup müəllim və şagird Cocuq Mərcanlıya səfər edib
ANA SƏHİFƏ / Təhsil
05:10 06.10.2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssislərinin bir qrup müəllim və şagirdi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, səfərdə məqsəd paytaxt məktəblilərini erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.

Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və şagirdləri Cocuq Mərcanlı kəndində aparılan yenidənqurma işləri ilə tanış olublar. Həmçinin Cocuq Mərcanlı kənd tam orta məktəbində onların iştirakı ilə “açıq dərs”lər təşkil olunub. “Açıq dərs”lərdə paytaxt məktəblərinin coğrafiya, biologiya, riyaziyyat, ingilis dili, idman, musiqi və ibtidai sinif müəllimləri iştirak ediblər.

Səfər zamanı, həmçinin Bolonya sisteminin mobillik prinsipi çərçivəsində paytaxtdakı ümumtəhsil müəssisələri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub.

Tədbirdə paytaxt məktəblilərinin ifasında musiqi nömrələri dinlənilib.

Sonda Bakıdan olan qonaqlar adından kənd məktəbinə hədiyyələr təqdim edilib.

Növbəti aylarda Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin paytaxta səfəri nəzərdə tutulur.