Alternative content

05:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri: İmtahanların keçirilməsi qaydasının dəyişdirilməsi sadələşdirilməyə yönəlib
Təhsil naziri: İmtahanların keçirilməsi qaydasının dəyişdirilməsi sadələşdirilməyə yönəlib
ANA SƏHİFƏ / Təhsil
03:10 06.10.2017

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 6-da jurnalistlərə açıqlamasında buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, nazir ilk dəfə bu sahə ilə məşğul olan Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il əvvəl xəbər verildiyini deyib. Onun sözlərinə görə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır. İmtahan formatının təkmilləşdirilməsi, bu günün tələblərinə uyğunlaşdırılması, biliklərin əmək bazarının ehtiyaclarına uyğun qiymətləndirilməsi prosesi aparılır.

M.Cabbarov bildirib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir. O deyib: “İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il əvvəl tətbiq olunan bir sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. Doqquz il əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir. İki ölkədə - Rusiyada və Türkiyədə də oxşar proseslər gedib.