Alternative content

20:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mikayıl Cabbarov: Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir
Mikayıl Cabbarov: Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir
ANA SƏHİFƏ / Təhsil
03:10 06.10.2017

Prezidentin müvafiq Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov oktyabrın 6-da jurnalistlərə açıqlamasında deyib.

Ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirən nazir bildirib: “Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.

M.Cabbarov qeyd edib ki, hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək. Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək.