06 Oktyabr 2017 10:10
242
Təhsil
A- A+

Bakıda on birinci Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin artıq ənənə halı aldığını bildirib. Vurğulanıb ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazirliyin stendləri bu il daha geniş sahəni əhatə edir. Sərgidə fəaliyyət göstərən lektoriyada isə mühazirələrin oxunması, startapçıların çıxışı və təqdimatların nümayişi nəzərdə tutulub.

CEO-nun direktoru Edvard Stron sərginin “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkilinin təsadüfü olmadığını diqqətə çatdırıb. O deyib: “Müasir dövrdə insan ən böyük kapitaldır”.

E.Stran bildirib ki, sərgidə xarici ölkələrin təhsil proqramları təqdim olunur. Bu, azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün geniş imkanlara yaradacaq.

Sərgi ilə tanış olan iştirakçılara “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil - sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim olunur. Həmçinin Azərbaycan ilə yanaşı, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, məktəb, kollec, təhsil mərkəzləri və kursları təqdim edilir.

Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində bu qurumun yaxın gələcək üçün plan və proqramları barədə məlumat verilir. Bu il sərgi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənir. Tədbir çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar da təşkil olunacaq.

Sərgi oktyabrın 8-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video