Alternative content

08:53 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni elastik yapışdırıcı ilə yaranı 60 saniyə ərzində bağlamaq mümkündür
Yeni elastik yapışdırıcı ilə yaranı 60 saniyə ərzində bağlamaq mümkündür
ANA SƏHİFƏ / Səhiyyə
09:10 06.10.2017

Tikişə ehtiyac olmadan yaranı bağlayan yüksək elastik və yapışdırıcı xüsusiyyətlərə malik yapışqan cərrahi əməliyyata ehtiyacı tamamilə aradan qaldıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Science Translational Medicine” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Sidney Universitetinin və Bostonun Şimal-şərq Universitetinin biosəhiyyə mühəndisləri bir dəqiqə ərzində yaraları bağlamağa qadir olan “MeTro” adlı yapışqan hazırlayıblar.

Bu yapışqanın yüksək elastikliyi insan bədəninin müxtəlif hissələrində, o cümlədən ciyər, ürək və arteriyal damarlarda olan genişlənən və daralan yaraların hermetikləşməsi üçün onu əvəzedilməz edir.

“MeTro” yapışqanı ultrabənövşəyi şüa ilə işlədikdən sonra 60 saniyə ərzində tətbiq edilir və istifadə olunan ferment bir neçə saatdan bir neçə ayadək yaranın hermetikliyini saxlayaraq onun sağalmasına kömək göstərir.

 

AZƏRTAC



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM