Alternative content

04:25 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk peşə-ixtisas təhsili müəssisələrində həyata keçiriləcək pilot layihələr təqdim olunub
İlk peşə-ixtisas təhsili müəssisələrində həyata keçiriləcək pilot layihələr təqdim olunub
ANA SƏHİFƏ / Təhsil
11:10 03.10.2017

Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” seminarı başlayıb.

AZƏRTAC xəbər verir ki, seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev peşə təhsilinin iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edildiyini diqqətə çatdırıb.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxışında aparılan islahatlardan danışaraq bu sahədə normativ-hüquqi bazanın təmin edilməsi istiqamətində ölkəmizdə ilk dəfə “Peşə təhsili haqqında” qanunun hazırlandığını vurğulayıb.

Aİ-nin Azərbaycan nümayəndəliyi üzrə əməkdaşlıq rəhbəri Ceroen Uilyams peşə təhsilindəki islahatların həyata keçirilməsində və beynəlxalq təcrübənin öyrənilməsində təmsil etdiyi qurumun dəstəklədiyi layihə barədə məlumat verib.

Tədbirdə müxtəlif təşkilatlar tərəfindən Gəncə, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdədəki ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm və digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda, beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər.

Seminarda Milli Məclisin üzvləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və işəgötürənlər iştirak ediblər.