Alternative content

05:34 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib
Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib
ANA SƏHİFƏ / PARLAMENT
02:10 02.10.2017

Oktyabrın 2-də Milli Məclisin plenar iclasında 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında parlament qərarının layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının qanunvericilik işləri planının hazırlandığını və bu planın parlamentin 15 komitəsində keçirilən müzakirələr nəticəsində plenar sessiyaya təklif edilən məsələlər olduğunu bildirib.

Oqtay Əsədov, həmçinin Milli Məclisin 2017-ci il yay və növbədənkənar sessiyalarının uğurla başa çatdığını vurğulayıb. Bildirib ki, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür. Bu təşkilatlarda Azərbaycan parlamentinin üzvləri çox fəal iştirak ediblər. Parlamentin yay və növbədənkənar sessiyaları dövründə 33 ölkəyə 90-dan çox nümayəndə heyəti göndərilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Deputatlar Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbiri keçirilib.

Deputatlar Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında müzakirələr apararaq fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.