Alternative content

05:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcəklər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar
Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcəklər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar
ANA SƏHİFƏ / Tədbirlər
09:09 30.09.2017

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən ilk oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gəliblər. Niderland yığması ikinci seti öz xeyrinə başa vuraraq (19:25) hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın üçüncü seti də Niderland voleybolçularının üstünlüyü ilə başa çatıb – 19:25. Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Oyunda hesab bərabərləşdiyindən (2:2) matçın qalibi tay-brekdə məlum olub. Tay-brekdə 12:15 hesabı ilə qalib gələn Niderland millisi finala vəsiqəni təmin edib.

Beləliklə, Azərbaycan yığma komandası Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcək. Üçüncü yer uğrunda görüş oktyabrın 1-də keçiriləcək.