Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hipertoniya və onun növləri
Hipertoniya və onun növləri
ANA SƏHİFƏ / Səhiyyə
09:09 29.09.2017

Arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır.

Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikanın həkim-kardioloqu İlhamə Zülfüqarlı AZƏRTAC-a müsahibə verərkən deyib: "Xəstəliyin əmələ gəlməsi bir neçə əlverişsiz faktorun birgə təsiri ilə əlaqədardır ki, bunlara stress, abdominal piylənmə (bel dairəsinin qadınlarda 88, kişilərdə 102 santimetrdən çox olması), xörək duzundan həddindən artıq istifadə edilməsi və irsi meyillik aiddir. Əlavə risk faktorları- azhərəkətli həyat tərzi, qlükozaya tolerantlığın pozulması, fibrinogenin miqdarının artması arterial hipertenziyası olanlarda ürək-damar xəstəlikləri, ürək, böyrək, beyin və göz kimi hədəf orqanlarının zədələnmə riskini artırır. Hipertoniya xəstəliyi üçün baş ağrıları, başgicəllənməsi, tez yorulma, narahat yuxu, daxili gərginlik, ürək nahiyəsində ağrı, fiziki iş zamanı təngnəfəslik və ürək bulanma xarakterikdir. Xəstə gözlərində torabənzər kölgə və səyriyən ləkələrin olmasından şikayətlənir. Bəzən xəstələrin qulağında uğultu və küy olur.

Arterial təzyiqin göstəricisindən asılı olaraq hipertoniya xəstəliyinin üç dərəcəsi ayırd edilir: sistolik təzyiqin 140-159, diastolik təzyiqin 90-99 mm civə sütunu olması birinci, sistolik təzyiqin 160-179, distolik təzyiqin 100-109 mm civə sütunu olması ikinci, sistolik təzyiqin 180 mm civə sütunundan, diastolik təzyiqin 110 mm civə sütunundan yüksək olması zamanı üçüncü dərəcəli arterial hipertenziya diaqnozu qoyulur.

Kardioloqun dediyinə görə, hipertoniya xəstəliyinin müalicəsində əsas məqsəd ürək-damar ağırlaşmalarının və ölümün qarşısını almaqdan ibarətdir. Antihipertenziv müalicədə əsas məqsəd şəkərli diabetli xəstələrdə arterial təzyiqin 130/80, digər xəstələrdə isə 140/90 mm civə sütunundan aşağı salmaqdır. Xəstələr siqaret və alkoqoldan imtina etməli, bədən çəkilərini normaya salmalıdırlar. Həmin xəstələrdə bədən kütlə indeksi 25 kq/m2-dən aşağı olmalıdır. Həftədə 4 dəfə və hər dəfə 30-40 dəqiqədən az olmayaraq sürətli yerişlə yerimək məsləhət görülür.

Həkim-kardioloq xəstələrin qidalanma qaydası barədə də danışıb: "Qidalanma zamanı bitki mənşəli məhsullara üstünlük verilməlidir. Rasionda kaliumla zəngin olan fındıq, qara gavalı, portağal, naringi, kələm, kartof, qara qarağat, süd, kəsmik, maqneziumla zəngin olan noxud, soya, lobya, üzüm, əncir, itburnu, iydə, qarğıdalı kimi meyvə-tərəvəzlərin və dəniz məhsullarının miqdarı artırılmalıdır. Kalium və maqnezium ionları damar tonusunu normallaşdırır, diurezi artırır və xolesterinin miqdarını azaldır.

Artıq çəkisi olan xəstələrin həftədə bir dəfə detoks günlərinə əməl etməsi məsləhətdir, yəni həmin günlərdə xəstələr gün ərzində 1, 5 kiloqram alma və ya xiyar, 1,2 litr qatıq və ya meyvə, 600 ml tərəvəz şirəsi+200 ml su və ya 500 qram kəsmik məhsullarından yalnız birini qəbul edə bilərlər".


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM