Alternative content

23:48 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Valideyn borcu
Valideyn borcu
ANA SƏHİFƏ / Oxucu məktubları
12:09 29.09.2017

 

Övladını sağlam ruhda böyütmək hər bir valideynin borcudur. Belədə övlad çəkilən zəhməti unutmur, həyatda düzgün yol tutur, qazandığı uğurlarla təkcə ata-anasını deyil, başqalarını da sevindirir, bir sözlə, layiqli vətəndaş olur. Fikrimcə, bunun üçün uşağın  kiçik yaşlarında nəyə çox maraq göstərdiyini müəyyən edib, o sahəyə də  istiqamətləndirmək lazımdır.

Fəridlə Ravid orta məktəbin aşağı sinfində oxuyanda dərslərini birgə hazırlayar, güclərini birgə sınayardılar. Əkiz olduqları üçün biri digərinin hərəkətini təkrarlayırdı. İdmana olan həvəslərini görüb onlarla ilk vaxtlar özüm məşq edirdim. Hərbi xidmət zamanı öyrəndiklərim bu işdə karıma gəlirdi. Sonra onları rayon idman məktəbinə göndərdim. Nəticəsi yüksək oldu. Hələ orta məktəbdə oxuyanda dəfələrlə mükafat qazandılar. Bir müddət sonra tanınmış məşqçilər - Şəkərxan Əlismanov və Elşən Şükürovun rəhbərliyi ilə ustalıqlarını artıraraq respublika birinciliklərindən qalib qayıtdılar.

Artıq Fərid kikboksinq yarışlarında üç dəfə ölkə çempionu olub, iki dəfə Avropa və dünya çempionatında gümüş medal qazanıb. Ravid isə iki dəfə Azərbaycan çempionu olub, Avropa yarışlarından vətənə gümüş medalla qayıdıb. Onların hər qələbəsi təkcə bizim yox, neçə-neçə ailənin, dost-tanışın sevincinə səbəb olub. Beləcə, Fəridlə Ravid idmanı seçdilər və bu yolda uğurlar qazanırlar. Dediyim odur ki, valideynlər uşaqlarını bacardıqları və öhdəsindən gələcəkləri sahəyə yönəltsələr, çəkdikləri zəhmət hədər getməz. 

 

Əhməd MİRZƏBƏYOV,

Qusar rayon sakini