Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları olmuşdur
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları olmuşdur
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
01:07 17.07.2012

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

İclasda habelə vətəndaşlar Əfruz Ağa-Rəşid qızı Əfəndiyevanın və Natavan Cahid qızı Kərimovanın şikayətləri müzakirə olunaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 27-nə, şikayətlərə isə sentyabrın 6-na təyin edilmiş iclaslarında baxılacaqdır.