Alternative content

17:33 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
05:09 27.09.2017

Sentyabrın 27-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

İclasda Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat dinlənilib.

Bahar Muradova bildirib ki, komitəyə daxil olan müraciətlər, edilən şikayətlər, vətəndaşların qəbulu, komitədə baxılan qanunvericilik işləri ilə bağlı təhlil aparılıb. Komitə parlamentdə müzakirə olunan qanunlarla bağlı öz səlahiyyətləri çərçivəsində rəylərini verib. Eyni zamanda, komitəyə daxil olan qanun layihələri müzakirə edilib və həmin layihələr plenar sessiyaya tövsiyə olunub.

Bildirilib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilib və həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub. Komitə bu müddət ərzində bir bəyanat da qəbul edib.

Ötən müddətdə komitəyə 827 sənəd daxil olub, komitə rəhbərliyi tərəfindən isə 168 vətəndaş fərdi şəkildə qəbul edilib. 181 müraciətdən 175-nə yazılı cavab alınıb, ümumiyyətlə isə müraciət edilən məsələlər 97 faiz öz həllini tapıb.

İclasda komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsini müzakirə ediblər. Bildirilib ki, iş planına səkkiz məsələ daxil edilib.