Alternative content

16:00 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda turizm işçilərinin peşə bayramı qeyd olunub
Bakıda turizm işçilərinin peşə bayramı qeyd olunub
ANA SƏHİFƏ / Turizm
02:09 27.09.2017

Sentyabrın 27-də “JW Marriott Absheron Baku” hotelində Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin ölkəmizdəki sürətli inkişafından danışıb. Bu inkişafın Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını söyləyən nazir son illər bu istiqamətdə görülən işlərdən, qəbul olunan dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, bu sahədə reallaşan layihələrdən söz açıb.

Nazir deyib ki, bu gün turizm ölkənin ən gəlirli sahələrindən hesab olunur. Əminliklə deyə bilərik ki, bu sahə birbaşa Prezident İlham Əliyevin diqqətindədir. Təsadüfi deyil ki, ölkəmizin turizm sənayesində 46 min insan çalışır. Bu əməkdaşlar Azərbaycanın turizm sənayesinə öz layiqli töhfələrini verirlər.

“Son zamanlar Azərbaycana gələn əcnəbilərin sayında artım müşahidə olunur. Bu gün Bakıda müxtəlif dövlətləri təmsil edən turistlərin mövcudluğu ölkəmizə turist axınından xəbər verir. Azərbaycan stabil ölkədir, qonaqpərvər ölkədir. Burada turistlərin yaşaması üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist gəlib. Keçən ilin 8 ayına nisbətən bu il 1 milyon 818 min çox qonaq qəbul etmişik. İlk yeddi ayda bank əməliyyatları 97 faiz artaraq 703 milyondan çox olub. Bu da ötən illə nisbətdə iki dəfə artım deməkdir”, - deyə Ə.Qarayev vurğulayıb.

Ölkədə mehmanxana və otellərin göstərdiyi xidmətlərdən bəhs edən Ə.Qarayev söyləyib ki, Azərbaycanda bu gün 563 otel fəaliyyət göstərir.

Nazir bildirib ki, cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyon 300 min manat vəsait xərcləyib. Yerli turistlərimizin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyon 200 min olub.

Ə. Qarayevin sözlərinə görə, bu gün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin icrasından irəli gələn tapşırıqlar lazımi səviyyədə yerinə yetirilir.

Ölkəmizdə reallaşacaq ikinci Bakı Şopinq Festivalından danışan nazir vurğulayıb ki, sözügedən festivalın oktyabrın 15-dən noyabrın 15-dək keçirilməsi nəzərdə tutulur: “Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müvafiq şou-proqramlarla yanaşı, müxtəlif satış-yarmarkaları təşkil ediləcək. Bu dəfə də festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirəcək festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində növbəti dəfə də yeniliklər olacaq”.

Turizm sənayesi sahəsində müəyyən problemlərin olduğuna toxunan nazir deyib: “Bu sahədə bir çox həll olunası məsələlər var. Belə ki, bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik. Lakin bu istiqamətdə işlər davam etdirilir. Ümid edirəm ki, gələn il bu istiqamətdə irəliləyişə nail olacağıq. Bununla yanaşı, marketik və təbliğat işləri davam etdirilir”.

Nazir bildirib ki, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə fəaliyyətini davam etdirir. Büronun Bakı və regionlarda portalları fəaliyyətə başlayıb. Bu qurum işini maraqlı layihələr əsasında qurub. Bizim qarşımızda duran əsas məsələ turizm haqqında qanunun qəbul edilməsidir. Dövlətimiz bu istiqamətdə keyfiyyəti əsas prioritet istiqamətlərdən sayır. Keyfiyyət kriteriyaları işlənilir, eyni zamanda, reyestr sisteminin hazırlanması üçün də işlər görülür.

Sonra Prezidentin müvafiq Sərəncamı əsasında Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən bir qrup turizm sənayesi işçilərinə medallar təqdim edilib.