24 Sentyabr 2017 02:09
317
Səfərlər
A- A+

Prezident İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. “Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bildirildi ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq ki, onun tələbatı 5 MVA təşkil edir. Həmçinin “Neftçala” yarımstansiyasından rayonun böyük bir hissəsi, xüsusən də dövlət əhəmiyyətli obyektlər, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektlər və əhali abonentləri elektrik enerjisi ilə təmin olunur.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Bildirildi ki, 2015-2017-ci illər ərzində Neftçala rayonu ərazisində 35/6 kV-luq yeni “Şəhər” yarımstansiyası tikilib. Eyni zamanda, 35 kV-luq “Xoşçobanlı” yarımstansiyasına əlavə transformatorlar quraşdırılıb. Bundan başqa, 35 kV-luq “Bankə”, “Xıllı” və “Xoşçobanlı” yarımstansiyalarında da ciddi təmir işləri aparılıb. Eyni zamanda, 300-ə yaxın 10/6 kV-luq transformator məntəqəsi də təmir edilib. “Azərişıq” ASC yaradıldıqdan sonra ümumilikdə Neftçala rayonunda 43 kilometr 110 kV-luq, 7 kilometr 35 kV-luq, 45,5 kilometr 10/6 kV-luq izolyasiyalı naqillər xətti çəkilib. Ümumilikdə 5 kənddə və şəhər mərkəzində 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb və bir neçə kənddə bu işlər hazırda da davam edir. Həmçinin Neftçala Elektrik Şəbəkəsinin yeni inzibati binası inşa edilib. Yeni binada əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Neftçala yarımstansiyasının ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb.

Ən son texnologiyalara əsaslanan bu cür layihələrin reallaşdırılması bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video