Alternative content

05:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimatı olub
Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimatı olub
ANA SƏHİFƏ / Təhsil
01:09 23.09.2017

 

Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, üç bölmə və yeddi fəsildən ibarətdir. Dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistr və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

BBMM tərəfindən tərtib edilən nəşrin əhəmiyyətindən danışan Kamal Abdulla Azərbaycan muktikulturalizmi fənninin respublikamızda və xarici ölkələrin universitetlərində artıq iki ildir tədris olunduğunu deyib. Bildirilib ki, bu fənnin uğurla tədris edilməsinin əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Qeyd olunan zərurəti nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsi qoyulub. BBMM Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb.

Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzlərindən biri olduğunu deyən professor Etibar Nəcəfov multikulturalizmin dövlətimizin həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini söyləyib. Vurğulanıb ki, Avropa ölkələri belə, multikulturalizm sahəsində Azərbaycan təcrübəsindən faydalanmaq istəyirlər. Bunun əsas səbəbi multikulturalizmin xalqımızın həyat tərzi olmasıdır. Bu təcrübəyə əsasən Azərbaycan multikulturalizmi fənni bir sıra xarici ali təhsil ocaqlarında tədris olunur. Belə ki, həmin universitetlər etnik, dini, irqi müxtəlifliklərin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi böyük nailiyyəti elmi cəhətdən mənimsəyib onu yaymaq niyyətindədir. Hətta bu sahə üzrə tanınan bir çox xarici mütəxəssislər ölkəmizə gələrək müvafiq istiqamətdə Azərbaycanın qazandığı uğurları elmi cəhətdən tədqiq edirlər. Hazırda bu proses davam etməkdədir. Kitabın Azərbaycan multikulturalizminin dünyada tanınması baxımından əhəmiyyətini vurğulayan Etibar Nəcəfov diqqətə çatdırıb ki, ölkəmizin multikulturalizminə maraq göstərənlər artıq bu dərsliyi oxumaqla təcrübəmizi əldə edə bilərlər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, BBMM-in Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə ölkəmizdə multikulturalizm sahəsində ortaya çıxan faktların bir araya gələrək “Azərbaycan multikulturalizmi” dərsliyində yer alması baxımdan nəşrin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi, professor Solmaz Tohidi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arxiv sənədləri şöbəsinin baş məsləhətçisi Həcər Verdiyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rima Qafarzadə, Sumqayıt Dövlət Universitetinin müəllimi Adil Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Cahangir Cahangirli bu gün ölkəmizdə multikulturalizmin siyasət və elm müstəvisindən təhsil müstəvisinə proyeksiya olunduğunu söyləyiblər.