Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:02 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
06:09 21.09.2017



Sentyabrın 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı çıxış edərək cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə komitənin dörd iclası keçirilib, üç məsələyə və üç qanun layihəsinə baxılıb. Həmçinin komitəyə 125 vətəndaş tərəfindən müraciət daxil olub. Həmin müraciətlərin 66-sı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib.

Payız sessiyasında komitə tərəfindən yeni qanun layihəsinin müzakirəyə çıxarılacağını vurğulayan A.Naxçıvanlı gündəlikdəki məsələ ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Dəyişikliklər “Reklam haqqında” 2015-ci il 15 may tarixli Qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 213-cü və 248-ci maddələrinə əsasən inzibati məsuliyyət yaratmaq məqsədilə təklif edilir. Eyni zamanda, bu təklif Prezident İlham Əliyevin ana və uşaqların sağlamlığının qorunması strategiyasının tərkib hissəsidir.

Komitə sədri bildirib ki, qanun layihəsində qeyd olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə Azərbaycan Respublikasının mövcud İnzibati Xətalar Məcəlləsinə görə, hüquq və fiziki şəxslər müvafiq hüquq pozuntularına yol verdikdə xeyli miqdarda cərimələnməklə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Sonra gündəlikdəki məsələlərlə əlaqədar müzakirələr aparılıb və qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM