Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:31 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi Yunanıstan Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı Ali Neft Məktəbi Yunanıstan Universiteti ilə əməkdaşlığı genişləndirir
ANA SƏHİFƏ / Təhsil
01:09 19.09.2017

Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetinin (PUAS) mühəndislik fakültəsinin professoru Panayotis Yannakopolus və həmin fakültənin dosenti, Erasmus + proqramının əlaqələndiricisi Konstantinos-Stefanos Nikasla görüş keçirilib. Bakıya səfər PUAS ilə Erasmus + proqramı üzrə yaradılmış əməkdaşlıq çərçivəsində baş tutub. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq bu kimi tərəfdaşlığın həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

PUAS-ın nümayəndələri təmsil etdikləri universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildiriblər.

Yunanıstanlı qonaqlar səfər çərçivəsində birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi ilə bağlı məsələlər müzakirələri, tədris və elmi materialların mübadiləsi, magistratura səviyyəsində təhsili istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üçün danışıqlar aparıblar. Onlar, həmçinin BANM-in yeni kampusu və Bakının tarixi abidələri ilə tanış olacaqlar.

Ötən ilin yaz semestri ərzində Erasmus + proqramı çərçivəsində BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan V kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov PUAS-da təhsil alıblar. Cari ilin payız semestri isə PUAS-da BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rəmziyyə Qarazadə təhsil alacaq.

Xatırladaq ki, Erasmus + proqramı Avropa İttifaqının bir sıra istiqamətlərlə yanaşı, ali təhsil istiqamətini də nəzərdə tutan genişmiqyaslı proqramdır. Proqram çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında mübadilələri nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM