Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb
Prezident İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb
ANA SƏHİFƏ / Səfərlər
10:09 18.09.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın, Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, “Vaad L`Hatzolas Nidchei Yisroel” yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn nümayəndə heyətinin təmsil etdiyi təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini dedi. O, Bakıda Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirdi. Malkolm Honlayn Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatların yayılmasının önəmini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi.

Söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu dedilər, ölkəmizin multikulturalizm və tolerantlıq siyasətinə sadiqliyini yüksək qiymətləndirdilər.

Görüşdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.