Alternative content

14:47 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hafiz Paşayev: Ölkəmizin yeni inkişaf mərhələsinin aparıcı qüvvələri gənc, peşəkar, Vətənini sevən insanlar olacaqlar
Hafiz Paşayev: Ölkəmizin yeni inkişaf mərhələsinin aparıcı qüvvələri gənc, peşəkar, Vətənini sevən insanlar olacaqlar
ANA SƏHİFƏ / Təhsil
08:09 16.09.2017

 

“ADA” Universiteti yeni tədris ilində ənənəvi “Şərəf andiçmə mərasimi”ni keçirib. Bu ali təhsil ocağına qəbul olunan 500-dən çox bakalavr və magistr, eləcə də müəllim heyətinin yeni üzvləri universitetin Şərəf Məcəlləsini imzalayaraq sənədin akademik əxlaq və dürüstlüklə bağlı beş əsas qaydasına riayət edəcəklərinə söz veriblər. Bu qaydalar tədris prosesində və imtahan zamanı yalan danışmamaq, köçürməmək, plagiatlıq etməmək, ayrı-seçkilik salmamaq və bu müddəaları pozmaqda başqalarına yardım etməməyi nəzərdə tutur.

Tədbir zamanı “ADA”nın bayraqları marşına universitetə ilk dəfə tələbələri qəbul edilən xarici ölkələr də qoşulub. Estoniya, Filippin, Peru və Somali “ADA” Universitetində tələbə və müəllim heyəti təmsil olunan ölkələrin sayını bu il 46-ya çatdırıb.

Ötən semestrin nəticələrinə görə adları əlaçı kimi rektorun fəxri siyahısına düşən tələbələr çıxış edərək keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Onlar universitetə yeni qəbul olunanları biliklərə səylə yiyələnməyə, təhsildə uğurlar qazanmağa, öz hədəflərinə çatmaq üçün əzmlə çalışmağa, “ADA”nın tələbələr üçün yaratdığı hərtərəfli şəraitdən faydalanmağa çağırıblar.

AZƏRTAC xəbər verir ki, andiçmə mərasimini yekunlaşdıran xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev birinci kursa qəbul olunmuş tələbələri təbrik edib, uğurlar arzulayıb. Rektor bildirib ki, dünyanın bütün ölkələrinin gələcəyi öz universitetlərinin uğurundan müəyyən mənada asılıdır. Çünki elm mərkəzləri təkcə innovativ tədqiqat və yeni fikirlər irəli sürmür, həm də sahəsinə böyük rəğbətlə yanaşan, fərqli düşüncə tərzi ilə çalışmağa hazır olan yüksək intellektli məzunlar buraxır. H.Paşayev vurğulayıb ki, bu həftə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi sahəsində imzalanan yeni müqavilə ilə Azərbaycan rəhbərliyi öz xalqının rifahının 2050-ci ilədək təmin edilməsinə möhür vurmuş oldu. Rektor deyib: “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri olan “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötüb. Azərbaycan xalqı ilk müqavilənin nəticələrini bu gün bütün sahələrdə görür. “ADA” Universitetinin yaranması da məhz bu mərhələdə baş verən inkişafın nəticəsində mümkün olub. İkinci müqavilə ölkəmizin inkişafını daha da sürətləndirəcək, vətəndaşlarımızın həyat səviyyəsini daha da yüksəldəcək. Bir faktı qeyd edim ki, əgər əvvəllər xarici neft-qaz layihələrinin icrasında Azərbaycan mütəxəssislərinin sayı çox deyildisə, bu gün onlar əksəriyyət təşkil edirlər. Bu isə özlüyündə ilk müqavilənin bizə açdığı imkandır. Belə ki, neftdən gələn gəlirlərdən istifadə etməklə Azərbaycan öz insan kapitalını da artırdı, möhkəmləndirdi. Ölkəmizi irəlidə gözləyən yeni inkişaf mərhələsinin “mühərriki” məhz insan kapitalı - sizin kimi gənc, peşəkar, öz işini, xalqını və Vətənini sevən insanlar olacaqlar”.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM