Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:03 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc müəllimlərlə görüş keçirilib
Gənc müəllimlərlə görüş keçirilib
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

İsmayıllı rayonunun ümumtəhsil məktəbləri uğurlarını ilbəil artırır. Bu işdə pedaqoji kontingentin tərkibini hər il zənginləşdirən gənc müəllimlərin  də fəal iştirakı əhəmiyyətli rol oynayır.

Bu il test imtahanlarından müvəffəqiyyətlə keçib İsmayıllıya gələn müəllimlərin sayı 87 nəfərdir. Onların 54-ü İsmayıllıdan, 33-ü isə respublikanın müxtəlif bölgələrindəndir. Aran Xəlillidən başlamış ucqar Brovdal kəndinə qədər ehtiyac olan hər məktəbə kadr göndərilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun bilavasitə təşəbbüsü  və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə bu il İsmayıllıya təyinat alan müəllimlərlə görüş keçirilib.

Tədbirdə  Mirdaməd Sadıqov gənc müəllimləri yeni fəaliyyətə başlamaları və “Bilik günü” münasibəti ilə təbrik edib, pedaqoji işlərində onlara uğurlar arzulayıb. Qeyd edib ki, ümumilli liderin və Prezident İlham Əliyevin böyük dəyər verdikləri, səfərləri ilə şərəfləndirdikləri İsmayıllı rayonunda hər kəs üçün işləmək həyati əhəmiyyət kəsb edir. Dövlətin təhsil siyasətinin həyata keçirilməsi və yüksək nəticələr verməsi üçün rayon icra hakimiyyəti mümkün olan bütün imkanları yaradır. Uğurlar “Təhsil bayramı” formasında öz layiqli qiymətini alır. Tarixi ənənələrə malik İsmayıllı təhsili gənclərin simasında bundan sonra daha da inkişaf edəcək və zənginləşəcək.

Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov İsmayıllı məktəblərinin uğurlarından, hər il fərqli yüksək nəticələrə çatmasından, dövlətin gənc müəllimlərə verdiyi imtiyazlardan danışıb. Rayonda ziyalılıq mühitinin formalaşmasında yeni qüvvələrin əhəmiyyətli rolunun olduğunu qeyd edib. Bildirib ki, təlimlə tərbiyə həmişə vəhdətdə götürülməlidir.

Təhsil veteranları Fərman Bəşirov, Şəfaqət Rəsulov, Mirvari Musayeva, Humay Talıbova və Valeh Salehov çıxış edərək ömür boyu topladıqları təcrübəyə əsaslanaraq gənclərə öz məsləhətlərini veriblər.

Tədbirdə şəhər 7 saylı, Gəraybəyli tam və Zeyvə ümumi orta məktəbinə təyinat almış Mətanət İsbatova, Günel Tapulova və Röya Məmmədova çıxış edərək bildiriblər ki, test imtahanları çox obyektiv keçib və hər kəsə öz potensialını üzə çıxarmağa imkan verilib.

Sonda müəllimlər and içiblər və onlara təyinatlar təqdim olunub.

 

Əli SƏLİMOV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM