Alternative content

15:20 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən illərə nisbətən Bakı Slavyan Universitetinə abituriyent axını xeyli artıb
Ötən illərə nisbətən Bakı Slavyan Universitetinə abituriyent axını xeyli artıb
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Bilik Gününə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq ulu öndərin xatirəsini yad ediblər.

Tələbələri yeni dərs ili münasibətilə təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara dərslərində uğurlar arzulayıb. Rektor bildirib ki, yeni tədris ilində BSU-ya abituriyent axını ötən illərə nisbətən xeyli artıb. Son illərin ən yüksək statistik nəticəsinin bu il əldə olunduğunu vurğulayan N.Əliyeva bununla kifayətlənməyəcəklərini, daim yeni təşəbbüslərlə çıxış edəcəklərini bildirib. O deyib: “Məqsədimiz BSU-nun elmi potensialını daha da artırmaq, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq və beynəlxalq əlaqələrini genişləndirməklə dünya təhsilinin ən mütərəqqi ənənələrini bu ali məktəbdə tətbiq etməkdir”.

BSU-nun qısa müddətdə ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verildiyini deyən rektor diqqətə çatdırıb ki, burada universitetin kollektivi üçün lazımi şərait yaradılıb. O, bütün bu uğurların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğının nəticəsində əldə edildiyini diqqətə çatdırıb.

Tələbə adını qazanmış gəncləri təbrik edən Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə təhsil siyasətinin neft kapitalını insan kapitalına çevirmək istiqamətinə yönəldiyini qeyd edib. Bildirilib ki, hər bir tələbə gənc Azərbaycanın hazırkı beynəlxalq münasibətlər sistemində xüsusi rol oynayır. BSU-nun fəaliyyətini yüksək dəyərləndirən B.Muradova bu ali təhsil ocağının Azərbaycanın diplomatik əlaqələrinin inkişafında mühüm rol oynadığını deyib.

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov yeni tələbə adını qazanan gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətimizdə nümunə olmağa çağırıb. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Ş.İsmayılov tələbələri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.

Universitet həyatına yenicə qədəm qoyan gənclərlə təəssüratlarını bölüşən BSU-nun ikinci kurs tələbəsi Təhminə Yaqubova bu ali məktəbdə müəllim və tələbə kontingenti üçün yaradılan şəraitə görə rektora minnətdarlığını bildirib.

Sonra qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq BSU-nu seçən tələbələr Nuranə Qasımovaya və Allahverdi Həsənliyə hədiyyələr təqdim olunub.