Alternative content

09:38 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 100 yaşlı məktəbdə Bilik Günü keçirildi
100 yaşlı məktəbdə Bilik Günü keçirildi
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

15 sentyabr - Bilik Günü ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb və ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanıb.

Bu il 100 yaşı qeyd olunan, zəngin tarixə malik Səbail rayonu 20-ci yaşayış sahəsindəki 162 saylı tam orta məktəbdə yeni dərs ilinə həsr olunmuş tədbir Azərbaycanın Dövlət himninin şagirdlər və tədbirin qonaqlarının birgə ifası ilə başlandı. Tədbiri açıq elan edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi barədə məlumat verərək qeyd etdi ki, 100 yaşı tamam olan məktəb binasında bu ilin yayında əsaslı təmir-yenidənqurma işləri aparılıb, məktəbdə müasir təhsil üçün hər cür şərait  yaradılıb. Burada kimya, fizika, biologiya, ədəbiyyat, informatika, çağırışaqədərki hərbi hazırlıq və digər kabinetlərdə şagirdlərin nəzəri biliklərini tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Bu kabinetlərlə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb. Məktəbdə idman və akt zalları da müasir səviyyədə təmir edilib, ləvazimatlarla təchiz olunub, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib. Bu qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edir.

Qeyd olundu ki, məktəbdə 1400 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 105 nəfərdən ibarət pedaqoji kollektiv üzvlərindən iki nəfər elmlər namizədidir. Bu il məktəbi 90 nəfər bitirmiş, məzunlardan 38-i müxtəlif ali məktəblərə daxil olmuşlar. Sevindirici haldir ki, məzunlardan Mahirə Əsədzadə bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdünə layiq görülüb.

Tədbirdə iştirak edən Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məktəb kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə rəhbəri cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 162 nömrəli məktəb dövlət başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən əsaslı şəkildə təmir olunub və sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin məktəbə gələrək burada aparılmiş əsaslı təmir və yenidənqurma işlərinin yekunu ilə şəxsən tanış olmuşdur.

Tədbirdə çıxış edən 700 bal toplamış məzun Mahirə Əsədzadə, valideyn Niyaz Niftiyev və başqaları məktəbdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını çatdırmış, şagirdlərin hazırladıqları bədii kompozisiya, müasir və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Ənənəvi Bilik Günü tədbirləri rayonun digər məktəblərində də keçirilmişdir. Tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM