Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:14 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtın təhsil müəssisələri dərs ilini sevinclə qarşılayırlar
Sumqayıtın təhsil müəssisələri dərs ilini sevinclə qarşılayırlar
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

Ölkəmizdə həyata keçirilən islahatlar təhsil sahəsində də özünü göstərməkdədir. Respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da yeni dərs ilində məktəblər təmir edilmiş, texniki avadanlıqlar yenilənmişdir. Ümumilikdə şəhər məktəblərində təhsilin səviyyəsi artırılmış, nailiyyətlər əldə olunmuşdur.

Ötən tədris ilində Sumqayıtın ümumtəhsil müəssisəsələrində 47545 şagird təhsil alıb. Onu da bildirək ki, bu,  əvvəlki dərs ili ilə müqayisədə 2000 nəfər çoxdur.  2600 məktəblinin 2550 nəfəri  orta təhsili müvəffəqiyyətlə başa vurmuş, onlardan 2080 məzun müxtəlif qruplar üzrə ali məktəblərə sənəd vermişdi. Respublikanın digər bölgələrindən fərqli olaraq Sumqayıtda məzunların ali məktəblərə sənəd verməsi də üstünlük təşkil edir. Məktəbi bitirənlərin 82 faizi təhsili davam etdirməyi üstün tutublar.

Ali məktəblərə sənəd verən məzunların 1403 nəfəri, yəni abituriyentlərin 69 faizi tələbə adını qazanıb. Onlardan 411-i 500-600 arası bal toplayanlardır. 167 məzun isə 600-dən yuxarı bal toplayaraq ailələrinə və təhsil aldıqları məktəblərə böyük sevinc bəxş ediblər. Sumqayıt təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev isə qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib, onlara qiymətli hədiyyələr, şəhər müəllimlərinə isə fəxri fərmanlar təqdim edilib.

Sumqayıtlılar həmişə öz bilikləri ilə fərqləniblər. Bunu qəbul imtahanlarının nəticələri bir daha sübut etdi. 167 nəfər gəncin uğuru bütün Sumqayıtın nailiyyətidir.

Dinamik inkişaf dövrünü yaşayan Azərbaycanın  qazandığı müvəffəqiyyətlər genişlənməkdə, nailiyyətlərin sayı çoxalmaqdadır. Bütün bu göstəricilər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycana yeni uğurlar qazandıracağını indidən şərtləndirməkdədir.

Ölkə rəhbərinin Sumqayıta ayırdığı diqqət və qayğı şəhərin bütün sahələrində özünü nümayiş etdirir. İqtisadi yüksəliş nəticəsində görkəmini müsbət mənada dəyişən, dünyanın gözəl şəhərləri sırasında yer alan Sumqayıt, həm də  sürətli inkişaf nümunəsidir.

Yeni tədris ili ərəfəsində şəhər məktəblərinin hamısında təmir işləri aparılıb, təhsil müəssisələrinin çoxu kompüterlə təmin edilib. Bütün məktəblərin dam örtükləri dəyişdirilib, onlar istilik sistemi ilə təchiz olunub. Yeni dərs ilində Sumqayıtda tam orta təhsil pilləsində tədrisin təmayüllər üzrə təşkili istiqamətində xeyli iş görülüb. Bu ildən başlayaraq 40-dan artıq orta məktəbdə təmayül sinifləri yaradılıb. X sinifləri əhatə edəcək bu sistem üzrə ümumtəhsil məktəbləri şagirdlərinin 83 faizi yararlanacaq.

 

 Akif ƏLİYEV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM