Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:54 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə yeni gimnaziyanın açılışı olub
Gəncədə yeni gimnaziyanın açılışı olub
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

Sentyabrın 15-də Gəncənin orta məktəblərində də böyük izdiham yaşanmışdır. Əllərində gül-çiçək dəstələri tutmuş birincilərin və onların valideynlərinin sevinci hədsiz idi. Hamı bu doğma günü səbirsizliklə gözləyirdi. Xüsusilə ilk dərsin “Cocuq Mərcanlı -tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilməsi həm müəllimlərdə, həm də şagirdlərdə ruh yüksəkliyi yaratmışdı. 

Gəncənin təhsil sistemində yaşanan bu sevinci daha çox  inteqrasiya təlimli internat tipli gimnaziyanın kollektivi yaşadı. Həmin gün tamamilə yenidən qurulmuş bu tədris ocağının açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən gimnaziyanın direktoru Şəlalə Arxaft diqqətə çatdırdı ki, rəhbərlik etdiyi təhsil ocağı 1961-ci ildə istifadəyə verilib və 2016-cı ilə kimi sanatoriya tipli internat məktəbi kimi fəaliyyət göstərib. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçən ildən inteqrasiya təlimli internat tipli gimnaziyaya çevrilib. Bundan sonra məktəbin binasında yenidənqurma işlərinə başlanılıb. Burada əsasən sağlamlıq imkanları məhdud olan uşaqların birgə təhsil alması üçün xüsusi şərait yaradılmışdır. 250 şagird yerlik olan bu gimnaziyada dərslər əsasən Azərbaycan dilində aparılır. 59 nəfərin çalışdığı tədris ocağında 34 nəfər pedaqoji heyət çalışır.

Mərasimdə gimnaziyanın Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım İsmayılova, valideyn komitəsinin sədri Günel Kərimova çıxış edərək yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıq etmişlər.

Təhsil Nazirliyinin nümayəndəsi Həbib Kərimov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə yeni dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etmiş və bu tədris ocağının əsaslı şəkildə təmir edilərək istifadəyə verilməsini Gəncə təhsilinə göstərilən diqqət və qayğının davamı kimi dəyərləndirmişlər.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək son illər qədim Nizami yurdunda aparılan abadlıq və quruculuq işlərindən danışmış və qeyd etmişdir ki, yenidənqurma işləri çərçivəsində şəhərdə 39 məktəb əsaslı şəkildə təmir olunmuş, 6 peşə liseyi yenidən qurulmuşdur. Söz yox ki, bütün bu uğurlar dövlət başçısının Gəncəyə olan diqqət və qayğısından irəli gəlir.

Axırda rəmzi qırmızı lent kəsilmiş, açılış mərasiminin iştirakçıları gimnaziyada yaradılan şəraitlə tanış olmuşlar. Diqqətə çatdırılmışdır ki, bina tamamilə yenilənmiş, burada 25 sinif, 35 yataq otağı, müasir avadanlıqlarla təchiz edilmiş yeməkxana, 2 informatika, 2 laboratoriya otağı yaradılmış və istilik sistemi ilə təchiz edilmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM