Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:55 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksində Bilik günü ilə bağlı tədbir keçirilib
Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksində Bilik günü ilə bağlı tədbir keçirilib
ANA SƏHİFƏ / Təhsil
06:09 15.09.2017

Sentyabrın 15-də Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksində 2017-2018-ci tədris ilinin başlanması və Bilik gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük əhəmiyyət verdiyini xatırladıb. Direktor Ulu Öndərin ideyalarını əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizdə digər sahələrlə yanaşı, təhsilin inkişaf etdiyini diqqətə çatdırıb.

S.Xanlarova kompleksin tarixi, inkişaf mərhələləri barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə təhsil müəssisəsi 2010-cu ildə əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub.

Bu il təhsil kompleksində XI sinfi 87 şagird bitirib, onlardan 79-u respublikamızın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul edilib.

Təhsil ocağı 1999-cu ildən UNESCO-nun assosiativ məktəblər şəbəkəsinə daxil olub. Beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoyub. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir. Bu ildən təhsil müəssisəsində ingilis dili bölməsi də fəaliyyətə başlayacaq.

Direktor, həmçinin təhsil kompleksinin nəzdində fəaliyyət göstərən “Ana məktəb” barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların üç yaşdan tam məktəb təliminə hazırlanması və onlara xarici dillərin öyrədilməsidir.

Təhsil İnstitutunun şöbə müdiri Elxan Bəylərov və digər çıxış edənlər də təhsil kompleksində qazanılan nailiyyətlərdən bəhs edib, müəllim və şagirdlərə uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyublar.

Sonra ilk zəng çalınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM