Alternative content

06:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mikayıl Cabbarov: Hazırda UFAZ-da magistratura pilləsinin təşkili ilə bağlı müzakirələr aparılır
Mikayıl Cabbarov: Hazırda UFAZ-da magistratura pilləsinin təşkili ilə bağlı müzakirələr aparılır
ANA SƏHİFƏ / Təhsil
05:09 15.09.2017

Hazırda Fransız-Azərbaycan Universitetində (UFAZ) magistratura pilləsinin təşkili ilə bağlı müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, hər bir ali məktəbdə magistr pilləsi üzrə ixtisaslar həmin müəssisənin özü tərəfindən müəyyənləşdirilir. UFAZ-da magistr pilləsinin təşkili ilə bağlı birgə müzakirələrdən sonra qərar veriləcək.

Onun sözlərinə görə, Fransız-Azərbaycan Universitetində (UFAZ) təhsil alan gənclərin gələcəkdə hansı ixtisaslar üzrə magistr təhsili ala biləcəyini indidən demək çətindir. “Söz verə bilmərəm ki, onlar bakalavr təhsilini bitirdikdən sonra magistraturaya qəbul ola biləcəklər. Amma inanırıq ki, yekunda universitetlərin potensialı ölçülərək və tələbələrin istəyi nəzərə alınaraq bu barədə qərar veriləcək”, - deyə M.Cabbarov əlavə edib.