Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:06 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib
İlk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib
ANA SƏHİFƏ / Təhsil
05:09 15.09.2017

Sentyabrın 15-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, tədris edilən dərslər uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da artırılması, o cümlədən Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsi məqsədlərinə xidmət edir.

Dərslər şagirdlərin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Dərsləri tədris edən müəllimlər Ermənistan silahlı birləşmələri tərəfindən dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti barədə şagirdlərə geniş məlumat veriblər.

Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin ələ keçirilməsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib.

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatlar çatdırılıb. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.

Qeyd edək ki, ümumi təhsil məktəblərində keçiriləcək Bilik günündə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçıları və əmək veteranları, Cocuq Mərcanlı sakinləri, ədəbiyyat və incəsənət xadimləri, rayon (şəhər) təşkilatlarının rəhbər işçiləri, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələri və sabiq məzunlar iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM