15 Sentyabr 2017 05:09
298
Təhsil
A- A+

Bakıda Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı olub

Sentyabrın 15-də Bakıda Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni tədris binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin araşdırmalar və innovasiyalar şöbəsinin baş direktoru Alen Berets, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti Bernar Menye və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 2017/2018-ci tədris ili ərzində kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramı əsasında UFAZ 283 tələbəyə (onlardan 240-ı dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.

Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan ilə Fransa arasında əməkdaşlıq üçün əlamətdar günlərdən biridir. UFAZ-ın yaranma tarixindən danışan nazir vurğulayıb ki, bu ali təhsil ocağı 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb. O deyib: “Ölkələrimiz arasında əməkdaşlıqda, əlaqələrin qurulmasında təhsil mühüm rol oynayır. UFAZ layihəsi üçün Azərbaycan tərəfindən ADNSU-nun seçilməsi təsadüfü deyil. Çünki Azərbaycan neft və enerji ölkəsidir, beynəlxalq layihələrdə dövlətimizin iştirakı onun gücünü göstərir. ADNSU da ölkəmizdə neft sənayesi sahəsində yüksək mütəxəssisli kadrların yetişdirilməsində mühüm rol oynayır. Bu il qəbul imtahanlarında UFAZ-a müraciətlərdə artım müşahidə olunub”.

Yeni tədris ilində azərbaycanlı tələbələrin uğur qazanacaqlarına ümid bəslədiyini deyən Jan-Batist Lömuan bildirib ki, UFAZ universitet sahəsində göstərilən səylərin, eyni zamanda, siyasi iradənin böyük bir nəticəsidir. O deyib: “Sürətlə dəyişən dünyada zamanın tələblərinə cavab vermək, Azərbaycanın və Fransanın gənclərinin yaxşı təhsil səviyyəsinə malik olmaları üçün birgə çalışmalıyıq. UFAZ-ın yaradılmasında öz seçimini Fransadan etdiyi üçün Azərbaycana təşəkkür edirik”.

Alen Berets UFAZ-ın yeni binasının açılışını yüksək dəyərləndirib və tələbələrə təhsillərində uğurlar arzulayıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti və Kimya Tədqiqatlar Fondu arasında UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video