Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini ilə görüşüb
Sentyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd etdi. Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirdi. Diqqətə çatdırdı ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.
Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulan Mehriban Əliyeva dedi ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Müxtəlif xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan humanitar sahənin inkişafına önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin, müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm sahəsi olduğunu deyən Birinci vitse-prezident hazırda bu sahənin ölkəmizdə prioritet olduğunu, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğuladı. Bildirdi ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək. Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğuladı.
Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırdı. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söylədi.
Manabu Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirdi və mərasimin uğurlu keçdiyini qeyd etdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!