Alternative content

02:14 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tələbə adını qazanmış 1821 gənc Azərbaycan Texniki Universitetini seçib
Tələbə adını qazanmış 1821 gənc Azərbaycan Texniki Universitetini seçib
ANA SƏHİFƏ / Təhsil
02:09 15.09.2017

Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci dərs ilinin başlanması və Bilik gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir universitetin binası qarşısında davam etdirilib. AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov toplaşanları Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Azərbaycan Texniki Universitetinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, mütəxəssislərin hazırlanması prosesində, vətənpərvərliyin təbliğində müstəsna rol oynadığı diqqətə çatdırılıb. Universitetin tarixindən danışan X.Yahudov onun Azərbaycan üçün minlərlə yüksəkixtisaslı mühəndis kadrlar hazırladığını qeyd edib. Bildirilib ki, bir neçə universitet və institutun, kollec və texniki peşə məktəblərinin formalaşmasında baza rolunu oynayan AzTU yarandığı gündən ölkəmizdə texniki sahənin inkişafı ilə yanaşı, ictimai-siyasi mühitin formalaşmasında, eləcə də Azərbaycanın dünyada tanınmasında əvəzsiz xidmətlər göstərib.

Vurğulanıb ki, bu il Azərbaycanda tələbə adını qazanan hər iyirmi abituriyentdən biri, yəni 1821 gənc AzTU-nu seçib. Onların iyirmi faizi ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Universitetə qəbul olunanlar arasında ən yüksək nəticə göstərən tələbə 593 bal toplayıb. Ən gənc tələbənin 15 yaşı var. Ali təhsil ocağına magistratura pilləsinə isə 341 nəfər daxil olub.

Digər çıxış edənlər də tələbə adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıblar.

Sonda qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, qiymət kitabçaları, tələbə biletləri təqdim edilib.