15 Sentyabr 2017 01:09
252
Təhsil
A- A+

Balakəndə 3 yeni məktəb şagirdlərin ixtiyarına verilib

 

Balakən rayonunda təhsil sahəsində qazanılan uğurlar ildən-ilə artır.

Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində rayonun Sarıbulaq  kəndində  40 şagird yerlik modul tipli məktəb  quraşdırılıb. Salban kəndində isə 20 şagird yerlik məktəbin quraşdırılması tamamlanmaq üzrədir.  Şərif 1 saylı kənd tam orta məktəbi üçün də 360 şagird yerlik binada  son tamamlama işləri  görülür.

Ötən tədris ilində rayon təhsil şöbəsinin tabeçiliyində 48  ümumtəhsil  məktəbi  və  5  məktəbdənkənar  müəssisə fəaliyyət göstərib. 11 min 918 uşaq və gəncin təlim-tərbiyəsi ilə 1606  müəllim məşğul olub. Rayon məktəblərindən 40-ında təlim Azərbaycan, 4-ündə  Azərbaycan və rus, 3-ündə rus, 1-ində Azərbaycan və gürcü dillərində aparılır. Rayon üzrə məktəblərdən 38-i birtipli layihə əsasında tikilib, 10-u isə uyğunlaşdırılmış  binalarda fəaliyyət göstərir.

Hazırda  rayonun  məktəblərində  668  ədəd müasir tipli kompüter   var. 12 kompüter ötən tədris ilində gətirilib. Rayonun ümumtəhsl məktəblərində təhsil alan  hər 17 nəfər şagirdə 1 ədəd kompüter düşür.  2017-2018-ci dərs ili üçün 173 adda 32 min 262 ədəd dərslik  məktəblərə çatdırılıb.

Orta məktəblərin fəaliyyətinin əsas göstəricilərindən biri də  məzunların qəbul imtahanlarında  əldə etdiyi nəticələrdir. Qəbul imtahanlarında  məzunlardan   341  nəfər iştirak edib. Onlardan  225 nəfəri tələbə adını qazanıb, 13 nəfəri  600,  28  nəfəri 500-600 arasında bal toplayıb.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video