Alternative content

00:32 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hazırlıq yüksək səviyyədədir
Hazırlıq yüksək səviyyədədir
ANA SƏHİFƏ / Təhsil
01:09 15.09.2017

 

Respublikanın hər yerində növbəti təhsil ilinə hazırlıq sona çatmaq üzrədir. Məhz belə ərəfədə ortaya çıxan problemlər araşdırılır, qarşıda duran vəzifələr müəyyənləşdirilir.  Siyəzən rayonunun təhsil işçiləri də bu tədris ilinə xüsusi layihələr, gələcəyə hesablanan hədəflərlə istiqamətləniblər.

 Rayonda təhsilin inkişaf konsepsiyasına uyğun olaraq bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılması, şagirdlər üçün lazımi şəraitin təşkili, insan resurslarının inkişafının təmin edilməsi müəyyənləşdirilmişdir. Siyəzən rayonunda 24 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlar 1 lisey, 14 tam orta, 6 ümumi orta, 3 ibtidai məktəb və 2 məktəbdənkənar  təhsil müəssisəsindən ibarətdir.

Təhsilin yekun keyfiyyətini əks etdirən faktlardan biri məzunların ali məktəblərə qəbulunun vəziyyətidir. Rayonun tam orta məktəblərini bitirərək attestat almış 364 məzundan 267 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişlər. Ümumilikdə isə 159 nəfər ali məktəblərə qəbul olmuşdur ki, onların 133-ü builki məzunlardır. 8 nəfər məzun ölkənin hərbi yönümlü müxtəlif ali məktəblərinə daxil olmuşlar. Onlar Siyəzən şəhər 1, 2, 4, 5, 6 saylı məktəb-liseyin, Yenikənd kənd və Gil-Gilçay qəsəbə tam orta məktəblərin məzunlarıdır.

Siyəzən şəhər məktəbləri, Yenikənd və Zarat, Gil-Gilçay qəsəbə tam orta məktəbləri qəbulda xüsusi fərqlənmişlər. Tələbə adı qazanan məzunların 83,2 faizi şəhər məktəblərinin payına düşür.

Ali məktəblərə qəbulun builki nəticələrini həm kəmiyyət, həm də keyfiyyət baxımından uğurlu hesab etmək olar.  2016-cı ilin qəbulunda rayonun 6 nəfər məzunu 600-dən çox, ümumiyyətlə isə 24 nəfər məzun 500-dən yuxarı bal toplamışdısa, bu il 11 nəfər məzun 600, ümumilikdə 29 nəfər məzun 500-dən çox bal toplamışdır.

Əvvəlki illərin məzunlarından 26 nəfər ali məktəb tələbəsi adını qazanmışdır. İlkin Ələkbərov (695),  Murad Mirzəyev (660), Məlakə Kərəmova (612), Çinarə Kərimova (685), Aygül Əliyeva (672) və digərləri bu gün Siyəzənin fəxri sayılırlar. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə həmin gənclərlə görüş keçirilmiş, onlara qiymətli hədiyyələr təqdim edilmişdir.

Dərs ili ərəfəsində rayonun bütün məktəblərində təmir işləri aparılıb, fənn kabinələri müasir avadanlıqlarla təmin olunub. Hazırda rayonun kənd məktəbləri də daxil olmaqla hamısı internetə qoşulub. Növbəti tədris ilinə hazırlıq çərçivəsində rayonun ümumtəhsil məktəbləri tədris proqramları, dərslik və metodiki vasitələrlə tam təmin olunub. Cari tədris ili üçün 19408 dərslik və metodiki vəsait məktəblərə paylanılıb.

 

Akif ƏLİYEV,

“Azərbaycan”