Alternative content

13:43 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Turizm Təşkilatında yaradılan Xüsusi Komitəyə Azərbaycan sədrlik edəcək
Dünya Turizm Təşkilatında yaradılan Xüsusi Komitəyə Azərbaycan sədrlik edəcək
ANA SƏHİFƏ / Turizm
11:09 14.09.2017

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Çenqdu şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının 22-ci sessiyası davam edir.

Tədbir çərçivəsində DTT–nin Turizm Etikası üzrə Konvensiyanın hazırlanması üzrə prosedurların yekunlaşdırılması məqsədilə sözügedən təşkilatın katibliyi tərəfindən Xüsusi Komitə (Ad Hoc) yaradılıb.

DTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupuna sədrliyi zamanı göstərdiyi peşəkarlıq və səriştə, yeni yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) onu sədr olaraq ən uyğun namizədə çevirmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla da, DTT katibliyinin təklifi və üzv ölkələrin yekdil razılığı ilə N.Səmədov sözügedən Komitəyə sədr seçilib.

Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Komitənin ilk iclası öz işinə başlayıb. İclasda Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də DTT-ə üzv olan 40-a yaxın ölkənin nümayəndəsi iştirak edib. İclas öz işini iki gün də davam etdirəcək.

Məlumat üçün bildiririk ki, yeni yaradılmış Xüsusi Komitənin (Ad Hoc) əsas məqsədi “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış “Turizm Etikası üzrə Konvensiya”nın razılaşdırılması və sənədin yekun variantının BMDTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq üçün təqdim edilməsindən ibarətdir.

Sözügedən Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək. Qeyd olunan sənəd BMDTT-nin ilk Konvensiya sənədi olacaq.