Alternative content

01:46 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Bakı Dövlət Universitetində olub
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Bakı Dövlət Universitetində olub
ANA SƏHİFƏ / Təhsil
03:09 12.09.2017

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Bakı Dövlət Universitetində (BDU) olub.

AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan-Vyetnam əlaqələrinin əhəmiyyətində danışıb, ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Vyetnamın keçmiş dövlət başçısı Xo Şi Minv tərəfindən qoyulduğunu qeyd edib. O, Prezident İlham Əliyevin təhsilimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə məlumat verən rektor universitetdə 17 fakültənin fəaliyyət göstərdiyini, 22 min tələbənin təhsil aldığını diqqətə çatdırıb. A.Məhərrəmov universitetdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən də danışıb.

Xanım Çionq Txi May isə ölkələrimiz arasındakı əməkdaşlıqdan söhbət açıb, müasir dünyada elmin və təhsilin mühüm rolunu qeyd edərək bu sahədə əlaqələrimizin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan-Vyetnam əlaqələrindən bəhs edən film nümayiş olunub.