Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:45 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan nümayəndə heyəti BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edir
Azərbaycan nümayəndə heyəti BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edir
ANA SƏHİFƏ / Turizm
05:09 11.09.2017

Çin Xalq Respublikasının Çenqdu şəhərində BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının 22-ci sessiyası işə başlayıb. Sentyabrın 17-dək davam edəcək Baş Assambleyanın 22-ci sessiyası ilə yanaşı, DTT-nin Avropa, Asiya, Amerika, Afrika regional komissiyalarının toplantıları, İcraiyyə Şurasının 106 və 107-ci sessiyaları, bir sıra komitələrin görüşləri, Turizm Etikası üzrə Konvensiyanın işçi qrupunun iclası və bir sıra digər tədbirlər keçirilir.

Tədbirdə Azərbaycanı nümayəndə heyətinin rəhbəri, DTT-nin İcraiyyə Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin İspaniyadakı səfiri, DTT yanında daimi nümayəndəsi, səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 11-də Azərbaycan nümayəndə heyəti DTT Avropa Regional Komissiyasının iclasında iştirak edib. Azərbaycanın DTT-nin İcraiyyə Şurasında üzvlük müddətinin başa çatmasını nəzərə alaraq ölkəmiz öz namizədliyini növbəti dövr üçün (2017-2020) yenidən təqdim edib. Əbülfəs Qarayev komissiyanın iclasında son illərdə ölkəmizdə dövlət başçısının dəstəyi ilə turizm sahəsində aparılmış islahatlar, Azərbaycanın İcraiyyə Şurasının fəaliyyətinə töhfələri və bunun sayəsində 2017-ci ildə şuraya sədrlik etməsi barədə çıxış edib.

Bu gün DTT-nin Turizm Etikası üzrə Konvensiyasının hazırlanması məqsədilə yaradılmış işçi qrupunun dördüncü – son iclası öz işinə başlayıb. Tədbirdə DTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də DTT-yə üzv ölkələrin 50-yə yaxın nümayəndəsi iştirak edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM