11 Sentyabr 2017 10:09
712
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Səbail rayonundakı 239 nömrəli məktəbdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbin binasında görülən işlər barədə məlumat verdi.

Məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub.

Azərbaycanda təhsil sahəsində aparılan islahatların əsasını “Təhsil millətin gələcəyidir”, - deyən ümummilli lider Heydər Əliyev qoyub. Ulu Öndərin bu sahədə başladığı siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, təhsil sferasını yeni inkişaf mərhələsinə çıxarıb. Son illər ölkəmizdə təhsillə bağlı mühüm tədbirlər həyata keçirilib, Azərbaycan Prezidenti tərəfindən yeni dövlət proqramlarının qəbul edilməsi haqqında sərəncamlar imzalanıb. Yeni məktəb binalarının inşası və mövcudlarının müasir səviyyədə yenidən qurulması Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısının bir hissəsidir. Belə layihələrin icrası şagirdlərə müasir sinif otaqlarında təhsil almaq, müəllimlərə isə yüksək iş şəraitində tədrislə məşğul olmaq imkanı yaradır.

Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Məktəbin binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video