09 Sentyabr 2017 12:09
330
Təhsil
A- A+

“Kaspi” Təhsil Şirkəti fəaliyyətini genişləndirir

 

Sentyabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2016-2017-ci tədris ilində fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada təhsilin mühüm rolunu, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərildiyini qeyd edən S.Vəliyeva “Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, şirkət 2007-ci ildə yaradılıb və keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açıb.  

2016/2017-ci tədris ilində şirkətin abituriyent hazırlıq kurslarını 324 nəfər bitirib. Onların 311-i builki qəbul imtahanlarında yüksək bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olunub. “Kaspi” liseyinin isə 21 məzununun hamısı ali məktəblərə daxil olub. “Kaspi”nin məzunlarından bir nəfər - Vahab Cəbrayılov qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplayıb və o, “Kaspi” təqaüdünü qazanan ilk tələbə olub.

“Kaspi” Təhsil Şirkəti abituriyent hazırlıq kurslarını bitirən gənclərdən 31-i qəbul imtahanlarında 600-dən yuxarı, 60-ı isə 500-dən çox bal toplayıb. Xaricdə təhsil xidmətləri göstərən “Kaspi Qlobal” il ərzində 100-dən artıq şagirdi ABŞ-a və Böyük Britaniyaya yay məktəblərinə göndərib. Məktəbəqədər hazırlıq kursları olan “Kaspi Kids”lərdə isə 1000-dək uşaq məktəbəhazırlıq proqramını tam başa vurub.

S.Vəliyeva bu il “Kaspi” Təhsil Şirkətinin fəaliyyətinin daha da genişləndiyini, Beynəlxalq məktəbəqədər kurikulum standartları əsasında fəaliyyət göstərən yeni ingilisdilli Kaspi Beynəlxalq Uşaq Bağçasının, həmçinin Bakı şəhərində Azərbaycan və rus bölmələrindən ibarət yeni bağçanın da açıldığını diqqətə çatdırıb.

“Kaspi” Təhsil Şirkətinin təsisçisi təhsildə uğurları artırmaq məqsədilə reallaşdırılacaq layihələrdən də bəhs edib.   

Sonra “Kaspi” Təhsil Şirkətinin 10 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən müəllim və valideynlər də “Kaspi” Təhsil Şirkətinin səmərəli fəaliyyətindən, təhsilimizə verdiyi töhfələrdən danışıb, uğurlar arzulayıblar.

Şirkətin liseyini və abituriyent hazırlıq kurslarını bitirən və qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan gənclərə hədiyyələr verilib, “Kaspi” təhsil mərkəzlərində təqdim olunan bütün xidmətlərdən 20 faiz endirimlə faydalanmaq üçün kuponlar təqdim olunub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video