Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:48 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kristin Muttonen: Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində müsbət təcrübəsi var
Kristin Muttonen: Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində müsbət təcrübəsi var
ANA SƏHİFƏ / PARLAMENT
05:09 08.09.2017

Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri xanım Kristin Muttonen ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verdiyini bildirdi. O, ATƏT-Azərbaycan əməkdaşlığından, regionda gedən proseslərdən söz açdı, bütün sahələrdə inkişaf edən ölkəmizlə qurum arasında əməkdaşlıq barədə fikirlərini bildirdi, bu səfərin əməkdaşlığın genişlədirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu dedi.

Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verdi. Əsas diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin nizamlanması məsələsinə yönəldərək, problemin qısa zamanda həlli üçün ATƏT-in əməli addımlar atmasının vacibliyini vurğuladı. Münaqişənin region üçün təhlükəsindən danışan Bahar Muradova Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini və dinc azərbaycanlı sakinləri qətlə yetirdiklərini bir daha qonağın diqqətinə çatdırdı. Qurumun bu yöndə zəruri addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməli olduğunu dedi.

ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonen Bakıda olduğu müddətdə ölkə rəhbərliyi ilə müxtəlif sahələrə dair faydalı müzakirələr apardığını dedi. O, Azərbaycanın qurumla əməkdaşlığını yüksək qiymətləndirdi və Assambleyadakı nümayəndə heyətinin fəal çalışdığını, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü söylədi. Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması sahəsində müsbət təcrübəsi olduğunu vurğuladı. Kristin Muttonen Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini də qeyd etdi.

Görüşdə deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı, hər iki tərəfi maraqlandıran suallar cavablandırıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM