08 Sentyabr 2017 04:09
404
Səhiyyə
A- A+

Gözünü ovcunun içində saxla...

Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün amerikalı oftalmoloq Uilyam Beytsin 100 il əvvəl təklif etdiyi metod bu gün də öz cəlbediciliyini itirməyib.

AZƏRTAC Rusiyanın “Arqumentı i faktı” həftəliyinə istinadən xəbər verir ki, həmin metod bütün göz problemlərinin stress və gərginlikdən qaynaqlandığını əsas götürərək eynəkdən istifadə etmədən gözə istirahət verməklə yaxıngörmə (miopiya), uzaqgörmə (hipermetropiya) və astiqmatizm kimi xəstəliklərdən xilas olmağı nəzərdə tutur.

U.Beytsin fikrincə, gözə istirahət verməyin ən yaxşı yolu göz bəbəyinə işıq düşməsinin qarşısını almaqdır. Bunun üçün palminq (ingiliscə “palm” – “ovuc” sözündəndir) adlanan xüsusi təmrin də işlənib hazırlanıb. Təmrin zamanı masanın qarşısında əyləşib ona dirsəklənərək yumulmuş gözləri ovucla, üzərinə basmadan bağlamaq lazımdır. Elə bir şərait yaradılmalıdır ki, diqqəti yayındıran heç nə olmasın: nə parlaq işıq, nə səs-küy, nə də fikir dağınıqlığı... Beş dəqiqə həmin vəziyyətdə qalaraq fikrən yüzə qədər saymaq, müxtəlif rənglərin palitrasını, ya da hər hansı əşyanın, məsələn, bir çiçəyin bütün təfərrüatını, yaxud da böcəyin onun üzərində necə gəzdiyini göz önünə gətirmək olar.

Elmi dəyəri müasir oftalmologiyada qəbul edilməyən, görməni əhəmiyyətli dərəcədə yaxşılaşdırması barədə təsdiqlənmiş elmi məlumatlar olmayan metodun, hər halda, faydası vardır. Ən azı, kompüter arxasında işləyərkən göz yorğunluğunun aradan qaldırılması üçün həmin təmrini icra etmək xeyirlidir. Palminq, həmçinin yuxuqabağı psixi gərginliyi də aradan qaldıra bilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video