Alternative content

12:13 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrini qəbul edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:09 08.09.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib.

AZƏRTAC xəbər ki, ATƏT-in Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğuladı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd etdi. ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq Prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd etdi, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğuladı.

Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışan Prezident İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığa da töhfə verdiyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurğulayaraq Azərbaycanda vaxtaşırı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı təhsil məsələlərindən danışaraq bunun uşaqlar və gənclərin inkişafı üçün mühüm amil olduğunu dedi. Hər yeni dərs ili ərəfəsində Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərlə yaxından tanış olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanda təhsilin keyfiyyətinin də getdikcə artdığını, bu sahənin ölkəmizin prioritetləri sırasında yer aldığını vurğuladı, müstəqillik illəri ərzində respublikamızda əhalinin savadlılığını 100 faizə yaxın səviyyədə saxlamağa nail olduğumuzu məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin ölkəmizə səfərinin uğurlu və səmərəli olacağına əminliyini ifadə etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.