08 Sentyabr 2017 12:09
277
Təhsil
A- A+

Şəkidə 3 modul məktəb istifadəyə veriləcək

 

Respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi qayğı ilə yanaşılmaqdadır. Bu məqsədlə şəhər və kənd yerlərində fəaliyyət göstərən məktəblərdəki şəraitin daha da yaxşılaşdırılmasına hərtərəfli diqqət yetirilir.

2012-ci ildə ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ zamanı Şəkinin Baş Zəyzid kəndində yerləşən və 1977-ci ildə inşa olunmuş tam orta məktəb qəza vəziyyətinə düşmüş, məktəb binasının divarlarında iri çatlar əmələ gəlmişdi. Müəllimlərin və şagirdlərin həyatı üçün təhlükəli vəziyyət yarandığından məktəb uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Ötən ilin sonunda həmin məktəb üçün 624 şagird yerlik yeni üçmərtəbəli binanın tikintisinə başlanılıb. Ümumi sahəsi 27063 kvadratmetr olan tikintinin sifarişçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, podratçı təşkilat isə “HN Construkction” MMC-dir. Hazırda məktəb binasında tikinti işləri davam etdirilir. Yeni məktəb binasının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni məktəbin tikintisi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

Şəki rayonunun Aşağı Şabalıd və Fazıl kəndlərində hər biri 56 şagird yerlik modul tipli məktəb quraşdırılıb. Babaratma kəndində isə 56 şagird yerlik modul tipli məktəbin inşası başa çatmaq üzrədir. Bu məkltəblər yeni dərs ilinin başlanğıcında öz qapılarını şagirdlərin üzünə açacaq.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəza vəziyyətində olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.

Sevindirici haldır ki, şagirdlər də onlar üçün yaradılan şəraitə adekvat cavab verirlər. Təsadüfi deyil ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1090 şəkili məzundan 674-ü tələbə adını qazanıb. Məzunlardan 145-i 500-dən, 60-ı isə 600-dən yuxarı bal toplayıb.

Builki qəbul imtahanlarında Şəki şəhər 18 saylı tam orta məktəbin məzunu Əfsanə Rəsulova rayon üzrə məzunların hamısından çox bal (685) toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Şəhər 19 saylı tam orta məktəbin məzunu Qönçə Muradlı 684 balla Azərbaycan Dövlət İqtisad Universitetinə, 10 saylı tam orta məktəbin məzunu Səfurə Eminova isə 681 balla Azərbaycan Tibb Universitetinə daxil olub. Bütün bunlar Şəki məktəblərinin uğurlu göstəriciləridir.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video