Alternative content

05:04 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 381 qubalı məzun ali məktəb tələbəsi adını qazanıb
381 qubalı məzun ali məktəb tələbəsi adını qazanıb
ANA SƏHİFƏ / Təhsil
12:09 08.09.2017

 

Ötən tədris ilində Quba rayonunun tam orta məktəblərinin 11-ci sinfini 1277 nəfər bitirib. Onlardan 381 nəfəri qəbul imtahanlarında müvafiq bal toplayaraq ali məktəb tələbəsi adını qazanıb.

Əvvəlki tədris ili ilə müqayisədə rayonda ali məktəbə qəbul olunanların sayı 32 nəfər artıb. Məzunlardan 38 nəfəri 500-dən, 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Qeyd edək ki, ötən tədris ili ilə müqayisədə 600-dən yuxarı bal toplayanların sayı 6 nəfər çox olub.

Rayon üzrə ən yüksək bal toplayan məzun texniki təmayüllü liseyin nəzdindəki “İstək” liseyinin şagirdi Şahbalayev Elnur Qalib oğludur. O, 696 balla Bakı Ali Neft Məktəbində təhsil almaq hüququ qazanıb. Bu liseyin məzunlarından 19 nəfər ali məktəbə qəbul olunub. Onlardan 6 nəfəri 600-dən yuxarı bal toplayıb. Orta məktəbi qızıl medalla bitirən Mikayılov Səbuhi Vasif oğlu isə Cənubi Koreyanın Kaist Universitetində təhsil alacaq.  Quba şəhər 2 saylı tam orta məktəbin şagirdləri - Günel Əhmədova 658, Səbinə Mirzəyeva 649, şəhər 3 saylı tam orta məktəbin məzunu Həsənxan Məmmədov 649, Qəçrəş kənd tam orta məktəbinin şagirdi Aysel Tapdıqova 645 bal toplamışlar.Rayon üzrə 9-cu sinfi bitirənlərdən 31, tam orta məktəbin məzunlarından isə 10 nəfər (onlardan 8 nəfəri “İstək”in məzunudur) fərqlənmə attestatı almışdır.

 

Akif ƏLİYEV,

“Azərbaycan”