Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:42 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Park Cu-sun: Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir
Park Cu-sun: Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir
ANA SƏHİFƏ / PARLAMENT
08:09 06.09.2017



Sentyabrın 6-da Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, spiker bu cür səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışdı. O, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirdi.

Oqtay Əsədov cari ilin avqustunda Bakıda keçirilmiş Dünya Skaut Komitəsinin 41-ci Konfransında və 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak edən koreyalı deputatların Milli Məclisdə də olduqlarını vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin hər iki tərəf üçün faydalı olduğunu söylədi.

Spiker münasibətlərimizin dərinləşməsində prezidentlərin rolunu xüsusi qeyd edərək, onların görüşləri zamanı aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verdiyini dedi.

Söhbət zamanı bildirildi ki, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün hər iki ölkənin geniş potensialı var.

Parlamentlər səviyyəsində münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini söyləyən Oqtay Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi, deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmini vurğuladı.

Sədr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaması, mühüm nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak etməsi barədə qonaqları məlumatlandırıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsindən danışan sədr cari ilin fevral ayında Koreya Milli Assambleyasında Xocalı soyqırımına həsr olunmuş fotosərginin keçirilməsinin önəmini qeyd etdi. “Ümidvarıq ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı Koreya tərəfi bu məsələyə həssaslıqla yanaşacaq və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək”, - deyə O.Əsədov bildirib.

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sun Azərbaycana ilk dəfə səfər etdiyini, burada gördüklərindən və aparılan danışıqlardan razı qaldığını söylədi. Qeyd edildi ki, bu səfərin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. “Biz qarşıdan gələn növbəti 25 il üçün də fəaliyyət proqramı üzərində düşünməliyik. Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir”, - deyə o qeyd edib.

Qonaq ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar olduğunu söylədi. O, Bakıda keçirilən Dünya Skaut Komitəsinin toplantısında Azərbaycanın Koreya Respublikasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Görüşdə siyasi, parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Malik Həsənov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM