Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı özünün Koreyaya iki dəfə və Koreyanın yüksək dövlət rəhbərlərinin Azərbaycana səfərlərini məmnunluqla xatırladı. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır. Xalqlarımız arasında oxşarlığın olduğunu deyən dövlətimizin başçısı xalqlarımızın öz ənənələrini qoruyub saxlamağa çalışmalarının önəmini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə bu səfəri parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcək.
Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sun dedi: “Cənab Prezident, mən və mənim nümayəndə heyətim ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Sizin rəhbərliyiniz altında Azərbaycanın təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi sahədə də əldə etdiyi uğurları məmnunluqla izləyirik”.
Koreyalı qonaq bildirdi ki, səfərin əsas məqsədi Koreya və Azərbaycan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaqdan ibarətdir. O, bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin önəmini qeyd etdi. Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlətimizin başçısına məlumat verdi. O, bu prosesə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə dəstək vermələrinin əhəmiyyəti vurğulandı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!