Alternative content

09:17 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
06:09 05.09.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə əlaqədar telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğuladı. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu görüşün ölkələrimiz arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını qeyd etdi. Hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, enerji, nəqliyyat kimi sahələrdə artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi. Dövlətimizin başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. Bu formatda artıq bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin həlli üçün önəmli üçtərəfli format kimi özünü təsdiqlədiyini və nümunəvi bir format olduğunu dedi.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğuladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu işlərə verdiyi töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.